Braziliyada Torpaqsız fəhlələr hərəkatının lideri Sisero Quedes naməulm şəxslər tərəfindən güllələnib.
Lent.az-ın məlumatına əsasən, o, Rio-de-Janeyro ştatında keçmiş şəkər zavodunun binası yaxınlığında öldürülüb.
Braziliya fəhlə təşkilatının bildirdiyinə görə, son illər «torpaqsız»ların qətli azalsa da, onların hədələnməsi əvvəlki illərlə müqayisədə üç dəfə artır.
Hərəkat rəhbəri Quedes torpaq islahatının aparılmasını vacib sayırdı. Bu qurum ölkədə ən mütəşəkkil ictimai təşkilatlardan hesab olunur.