«Suriyanın dostları» Cenevrədə keçirilən danışıqların uğursuz nəticələnməsində Bəşar Əsədin günahkar olduğunu bildiriblər.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, onlar hesab edir ki, Əsədin öz postundan getmək istəməsi tərəflərin razılıq əldə etməsini əngəlləyən başlıca səbəbdir.
Xatırladaq ki, «Suriyanın dostlar»-ına Almaniya, ABŞ, Britaniya, Türkiyə, Fransa, İtaliya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, İordaniya, Qətər və Misir aiddir.