Britaniyanın baş naziri Devid Kemeron şotlandları krallığın tərkibindən çıxmaqla bağlı keçiriləcək referendumda sorğunun əleyhinə səs verməyə çağırıb.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, o, sadaladığı arqumentlərin arasında viski və Şerlok Holmsı da yada salıb.
Baş nazir şotlandlara müraciət edərək, deyib ki, Şotlandiya Britaniyanın ayrılmaz tərkib hissəsidir. O, yerli hakimiyyətə verilən muxtariyyəti xatırladaraq, krallığın tərkibində qalmağın ilk növbədə Şotlandiyanın maraqlarına cavab verdiyini söyləyib.
Devid Kemeron onu da qeyd edib ki, Şotlandiya krallığın tərkibindən çıxsa, Britaniyanın vəziyyəti «ağırlaşacaq».
Xatırladaq ki, Şotlandiyanın müstəqilliyi haqda referendumun keçirilməsi 2014-cü ilin sentyabrına planlaşdırılıb.