ABŞ keçmiş agent, hazırda Rusiyaya sığınan Edvard Snoudeni əfv etmək niyyətində deyil.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, bu haqda «Röyter» xəbər yayıb.
ABŞ Dövlət Departamentinin mətbuat katibi Mari Harf bu bəyanatla çıxış edərək, ölkəsinin məsələ ilə bağlı mövqeyinin dəyişməz olduğunu söyləyib.
«Snoudeni ABŞ-da qərəzsiz məhkəmə prosesi gözləyir» -deyə, o, vurğulayıb.