Tiflis şəhər məhkəməsi keçmiş dövlət məmuru, «Rustavi-2» telekanalının indiki baş direktoru Nike Qvaramiyanı 30 min lari girov qarşılığında zaminə buraxıb.
Lent.az-ın «Qruziya onlayn»a istinadən məlumatına görə, girovu 20 gün müddətində ödəməlidir.
30 min larilik girov ödəməklə zaminə buraxılmaq barəsində qərar dekabrın 22-də baş tutulanlara keçmiş maliyyə naziri Aleksandr Xetaquri, iqtisadiyyat nazirinin keçmiş müavini Kaxa Dameniya, «Telasi» şirkətinin baş direktoru Devi Kandelakiyə də çıxarılıb. İzabella Qutidze və Gerogi Nemsistveridze isə zaminə buraxılmaları qarşılığında 15 min lari ödəyəcək.
Xatırladaq ki, baş nazir B.İvanişivili «Qvaramiya ətrafında ajiotaj yaratmaqdansa ən yaxşısı onu» buraxmağı təklif etmişdi.