Rusiyanın «Qazprom» şirkəti Yunanıstana satdığı təbii qazın qiymətində dəyişiklik edib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, Rusiya yunanlara satdığı təbii qazı min kub metrinin 398 dollaradək ucuzlaşdırılması haqda razılığa gəlib.
Mənbə bildirib ki, hazırda Yunanıstan Rusiyadan «mavi yanacağı» Avropadakı orta qiymətdən baha alır.
Müqavilədəki dəyişikliklərə əsasən, Yunanıstanda ucuzlaşma ilə əlaqədar qaz istehlakını azaldacaq. Başqa sözlə bundan sonra 2.4 milyard kub metr qazın deyil, 2 milyardlıq «mavi yanacağın» pulunu ödəyəcək.
Rusiya «Qazprom»u ilə Yunanıstanın «DEPA» şirkəti arasındakı müqavilə iki dövlətin hökumətləri tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.