«Putinin adamı» Gürcüstanda partiya quracaq
27 yanvar 2013 07:45 (UTC +04:00)

«Putinin adamı» Gürcüstanda partiya quracaq

Gürcüstanın keçmiş milli təhlükəsizlik naziri Valeri Xaburdzaniya vətənində Rusiyayönlü siyasi partiya qurmaq istəyir.

Lent.az-ın «lenta.ru»ya istinadən məlumatına görə, Rusiyaya mühacirət etmiş keçmiş nazir yaxın zamanda Gürcüstana qayıtmaq niyyətindədir. Başqa mənbələr isə onun artıq vətənində olduğunu bildirib.

«Hazırda Gürcüstanda Rusiyayönlü bir qüvvə yoxdur. Yeni hakimiyyət də daha çox Qərbə və Amerikaya meyllənir. Fikrimcə, qərbyönlülərlə rusiyayönlü qüvvələr arasında açıq rəqabət olmalıdır. Amerikalılar Gürcüstanı ucuz alır,ancaq Rusiyaya heç ödəmir.Belə olmamalıdır. Əgər ABŞ Gürcüstanın istəyirsə, qoy, onun iqtisadiyyatının inkişafına gerçəkdə pul xərcləsin. Əgər Rusiya xoşməramlı qonşuluq istəyirsə, onda o, ödəməlidir»-deyə, keçmiş nazir bildirib.

V.Xaburdzaniya Eduard Şevardnadzenin prezidentliyi dövründə Dövlət Təhlükəsizlik Nazirliyinə başçılıq edib. 2004-cü ildə Mixail Saakaşvili hakimiyyətə gəldikdən sonra o, baş prokurorun müavini təyin olunub.

2008-ci ilin avqustunda Rusiya Gürcüstan ərazisini, Cənubi Osetiya və Abxaziyanı işğal etdikdən sonra V.Xaburdzaniya ölkəni tərk edərək, Rusiyaya sığınıb.

Saakaşvili onu dəfələrlə «Putinin adamı» adlandırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1877
avatar

Oxşar yazılar