Türkiyənin NATO-dan istədiyi və Almaniya uyğun qurumlarının ötən həftə göndərilməsini təsdiqlədiyi «Patriot» hava hücumundan müdafiə sistemlərinin qurulması üçün alman hərbçiləri Adanaya gəlib.
Lent.az-ın Türkiyə NTV-sinə istinadən məlumatına görə, Türkiyə Hərbi Hava Qüvvələrinə aid bir yük təyyarəsi gecə saatlarında Adana hava limanına enib.
Məlumata əsasən, alman hərbçilərlə yanaşı Türkiyə Hərbi Hava Qüvvələrinin mütəxəssislər də «Patriot»un qurulmasına qatılacaq. Onlar sabah Qəhrəmanmaraşa doğru hərəkət edəcəklər.