«Müsəlman qardaşlarını» dəstəkləyən xanımlarınızı boşayın»
25 fevral 2014 00:43 (UTC +04:00)

«Müsəlman qardaşlarını» dəstəkləyən xanımlarınızı boşayın»

Misirin tanınmış din xadimlərindən biri Məhzər Şahin «müsəlman qardaşlarını» dəstəkləyən xanımlarını boşamağa çağırıb.

 

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, Təhrir meydanında o, bu addımın «Allahın adına qurban verildiyinin vacibliyi» ilə atıldığını vurğulayıb.

 

«Elə məqam olur ki, kişi və qadın müqəddəs nikaha girəndən sonra onun yarısının yasaqlanmış təşkilatı dəstəklədiyini öyrənir. Onda insanlarda haqlı olaraq, üstünlük verəcəkləri məsələ ilə bağlı sual meydana çıxır. Onlar bilməlidir ki, Misirin maraqları birinci yerdə durmalıdır. Ona görə də respublika adına xanımları qurban verməlidir. «Qurban» dedikdə boşanmanı nəzərdə tuturam. Bununla da kişilər Misiri müdafiə edər, əsl vətənsevərlik göstərərlər».

 

 

Mənbə bildirib ki, M. Şahin «ərəb baharı»nın nüfuzlu  din xadimlərindən olub. İnqilabdan bir müddət sonra «Müsəlman qardaşları» onu dağıdıcılıqda suçlayıb. Təhririn imamlığından uzaqlaşdırıb.

 

Məhəmməd Muris devrildikdən sonra Misirdə «Müsəlman qardaşları» hərəkatının fəaliyyəti qadağan edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1290
avatar

Oxşar yazılar