Misirin müdafiə naziri Əbdülfəttah əl-Sisi ölkədə baş verənlərlə bağlı çox həycanlı açıqlama verib. Lent.az-ın «nyuru»-ya istinadən məlumatına görə, o, deyib ki, ölkədki olaylar çox təhlküəlidir və dövlətin bütövlüyün hədələyir.
Onun qənaətincə, siyaisi qüvvələr arasındakı münaqişə Misir dövlətinin inkişafı yolundu ciddi maneədir və bu gələcək nəsillər üçün təhlküəli izlər buraxacaq. O,bəyan edib ki, öləknin güvəndiyi ordu vahid gücdür.
Əl-Sisi Süveyş şəhərinə hərbi qüvvələrin yeridilməsinə aydınlıq gətirərək, bildirib ki, məqsəd bu «nəqliyyat arteriyasının» təhlükəsizliyini təmin etməkdir.
Qeyd edək ki, ötən gün Misir parlamentinin Yuxarı Palatası, Məsələhət Şurası ölkədki qarışıqlğın qarşısını almaq məqsədi ilə ordunun səlahiyyətini artırıb, eləcə də Süeyş, Port-Səid və İsmailiyyə şəhərlərində fövqəladə vəziyyət rejimi haqda prezident Məhəmməd Mursinin fərmanını təsdiqlyib.
Yanvarın 29-da Qahirə, Port-Səid, İsmailiyyədə etiraz aksiyaları keçirilib. İsmailiyyədə nüymayiş iştirakçıları prezident Məhəmməd Mursinin istefasının tələb ediblər.