«Ukraynada siyasi böhranın dərinləşməsi ilə bağlı bütün məsuliyyət məsələni həll etmək istəyi olmadığı üçün prezident Viktor Yanukoviçin üzərində qalır».
Lent.az-ın «İnterfaks»-a istinadən məlumatına görə, müxalifət olan «UDAR» Partiyasının lideri Vitali Kliçko bu bəyanatla çıxış edib.
«Bu Yanukoviç önün danışıqlardan üstün tutdu. Faktiki olaraq, ondan yayındı. Danışıqları yalnız vaxtı uzatmaq üçün apardı. O. insanların tələbini eşitmək istəmədiyini bir daha nümayiş etdirdi. Ölkədəki gələcək gərginliyin məsuliyyətini istisnasız olaraq, Yanukoviç daşıyır».
Xatırladaq ki, müxalifətin Yanukoviçlə danışığı nəticəsiz başa çatıb.