«Mən bombayam!»la bağlı məhkəmə təxirə salınıb
20 dekabr 2012 04:13 (UTC +04:00)

«Mən bombayam!»la bağlı məhkəmə təxirə salınıb

0

Fransalı Cihad adlı 3 yaşlı oğlanın anası və dayısı əməllərinə görə, məhkəmədə cavab verirlər.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, onlar Cihadı ölkənin cənubunda yerləşən Sorq şəhərindəki uşaq bağçasına üstündə «Mən bombayam!» yazılmış köynək geyindirməkdə suçlu bilinirlər.

 

Bu futbol köynəyinin arxasında isə oğlanın adı və doğum günü – sentyabrın 11-i yazılıbmış.

 

Bağçanın mürəbbiyələri şəhər rəhbərliyinə şikayət edərək, bildiriblər ki, az yaşlı oğlanın qohumları öz siyasi baxışlarını Cihaddan «həyasızcasına istifadə etməklə» yayırlar.

Oğlanın anası bu məsələyə islamın aidiyyətinin olmadığını bildirib.

 

Məhkəmə işi gələn ilin martına kimi təxirə salıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 896

Oxşar yazılar