«Mavi Mərmərə»yə görə danışıqlar başa çatmayıb
05 yanvar 2014 06:06 (UTC +04:00)

«Mavi Mərmərə»yə görə danışıqlar başa çatmayıb

Türkiyə baş nazirinin müavini Bülənt Arınc «Mavi Mərmərə» gəmisinin girov götürülməsi ilə bağlı kompensasiyası ödənilməsi istiqamətində İsraillə danışıqlarda heç bir irəliləyişin əldə edilmədiyini bildirib.

 

Lent.az-ın «Today zaman»-a istinadən məlumatına görə, baş nazirin mavini jurnalistlər qarşısında çıxışı zamanı deyib ki, Türkiyə tərəfi kompensasiya ilə əlaqədar şərtlərin təqdim edib, indi növbə İsrailindir.

 

 

Bülənt Arınc onu da qeyd edib ki, gəminin girov götürülməsi ilə bağlı İsrailin baş naziri Binyamin Netaniyahunun üzr istəməsi  baş verən hadisəsinin qanunsuzluğunu təsdiqləyir.

 

Xatırladaq ki, 2013-cü il martın 22-də yəhudi dövlətinin hökumət başçısı ABŞ prezidenti Barak Obamanın iştirakı ilə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana zəng edərək, 2010-cu il mayın sonunda «Azadlıq donanması»nın girov götürülməsi nəticəsində Türkiyə vətəndaşlarının qətlinə görə ondan üzr istəmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 873
avatar

Oxşar yazılar