«Kuril adaları problemini gələcək nəslə saxlamayacağıq»
09 fevral 2014 06:41 (UTC +04:00)

«Kuril adaları problemini gələcək nəslə saxlamayacağıq»

Yaponiyanın baş naziri Sindzo Abe Kuril adaları ilə bağlı açıqlama verib.

 

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, o, bildirib ki, Cənubi Kuril adalarını mənsubiyyəti haqda  Rusiyaya ilə sülh müqaviləsini qısa bir zamanda imzalamaq niyyətindədir.

 

Abenin sözlərinə əsasən, indiyə kimi iki ölkə arasında «sülh müqaviləsi imzalanmayıb», odur ki, bu problemin həlli vacibdir.

 

«Biz bu problemin gələcək nəslə saxlamaq istəmirik. Onu daha tez həll etmək vacibidir»-deyə, baş nazir vurğulayıb.

 

Hökumət başçısı mübahisəli ərazi məsələsini cari il iyunun 4-5 –də «Böyük-8»-liyin Soçidə keçiriləcək zirvə toplantısında gündəliyə gətirəcəyini boyun olub.

 

Mənbə xatırladıb ki, Yaponiya və Rusiyanın xarici işlər nazirləri Kuril adaları probleminin həlli məsələsi ilə bağlı müzakirələri fəallaşdırmaq qərarına gəlib

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1667
avatar

Oxşar yazılar