«Svaboda» Partiyasının deputatı Yuri Sirtoyuk bildirib ki, Ukraynanın birinci prezidenti Leonid Kravçuk yanvarın 29-da ölkə parlamentində prezident Viktor Yanukoviçin təmsilçisi kimi çıxış edib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, deputat deyib: «O, hiyləgər tülkü kimi hakimiyyətin mövqeyini səsləndirdi. Bu qarşıdurma ilə bağlı mövqe deyil. Hakimiyyət Kravçukun yumşaq səsi ilə ultimatum verirdi».
Kravçuk parlamentdəki çıxışında bildirib ki, Ukraynada «hakimiyyətin devrilməsi proses baş verir» və o, hakimiyyətlə müxalifət arasında anlaşmaların icrasının təminatçısı olmağa hazırdır.