Britaniya parlamentinin dövlət hesabları üzrə komitəsi kral ailəsinin saxlanılması üçün vəsaitin xərclənməsindən narazı qalıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, komitə üzvlərinin rəyincə, Bukingem sarayı pulları daha səmərəli xərcləyə bilər.
Kral ailəsinin xərclərinə nəzarəti sərtləşdirmədiyi üçün qurum hökumətə iradını bildirib.
Komitə hesab edib ki, gəlirlərin artırılması və kral ailəsi büdcəsinin ixtisarı ilə bağlı bütün imkanlar tükənməyib.
Xatırladaq ki, 2012-2013-cü maliyyə ilində (martın 31-dək) kral ailəsinin saxlanılması üçün 900 min funt sterlinq (1,73 milyon dollar) ayrılıb.