«İran Xəzərdəki neftdən imtina etmək niyyətində deyil». Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, ölkənin neft naziri Bijən Namdar Zəngənə belə bir bəyanatla çıxış edib.
Onun sözlərinə əsasən, İran «özünü su ərazisində istənilən başqa neftçilərin buruq qazmasını yasaqlayıb».
Nazir qeyd edib ki, İslam Respublikasının ilk işi ölkənin cənubunda yataqlarda işləməkdədir, Xəzərdə isə qazma işlərinin görülməsi «texniki cəhətdən mürəkkəbdir».
Xatırladaq ki, 2013-cü ildə 2012-ci illə müqayisədə İranda sutkalıq neft hasilatı 170 min barel azalıb.