Fevralın 1-də Livanın şimalında Hermel şəhərində partlayış baş verib.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, «Röyter» bildirib ki, «Hizbullah» hərəkatının yerləşdiyi binanın yaxınlığında minalanmış avtomobilin partlaması nəticəsində 4 nəfər həlak olub.
İlkin məlumata əsasən, partlayıcı qurğunu terrorçu - intiharçı işə salıb.