«Fars»-ın iddiası: «Volqoqraddakı teraktı Səudiyyə törədib»
12 yanvar 2014 03:14 (UTC +04:00)

«Fars»-ın iddiası: «Volqoqraddakı teraktı Səudiyyə törədib»

«Səudiyyə Ərəbistan Rusiya ərazisindəki terror aksiyalarında birbaşa iştirak edir». Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, bu haqda İranın «Fars» xəbər agentliyi xəbər yayıb.

 

İran mənbəyi Rusiya Federal Təhlükəsizlik Xidmətinin təmsilçisinə istinadən bildirib ki, adının gizli saxlanılmasını istəyə qurumun zabiti ölkəsinin xüsusi xidmət qurumlarının əldə etdiyi məlumatlara görə, Volqoqraddakı terror aksiyasını Səudiyyə Ərəbistanının maliyyələşdirdiyi «qara dullar» törədib.

 

«Fars»ın mənbəyi bildirib ki, Ər-Riyadın bu terrorda iştirakını təsdiqləyən təkzibolunmaz dəlillər var: «Ola bilsin Rusiya krallığa cavab zərbəsi endirəcək».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 790
avatar

Oxşar yazılar