«Əsədə gələcək Suriyada yer yoxdur»
30 dekabr 2012 04:21 (UTC +04:00)

«Əsədə gələcək Suriyada yer yoxdur»

Misir prezidenti Məhəmməd Mursi ölkəsinin Suriyadakı inqilabı dəstəklədiyini bəyan edib.

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, o, deyib:«Bəşar Əsədə və  hakimiyyətinə gələcək Suriyada yer yoxdur».

Onun sözlərinə görə, bu ölkədə qanlı faciəni qısa zaman da dayandırmaq vacib məsələdir, ərəb dünyası, beynəlxalq ictimaiyyət indiki rejimin dəyişməsi üçün siyasi qərar qəbul etməlidir.

Misirin Yuxarı Palatasında çıxışı zamanı M.Mursi Suriyada inqilabın öz hədəflərinə – azadlıq, layiqli həyat və sosial ədalətə çatacağına ümidvar olduğunu bildirib.

Bir müddət öncə Misirin Livandakı səfiri Əşrəf Həmdi də Suriyadakı vəziyyəti oxşar çıxışla dəyərləndirib. Onun sözlərinə əsasən, rəsmi Qahirə Sbu ölkədəki vəziyyətin siyasi yolla tənzimlənməsi tərəfdarıdır, bununla belə Bəşar Əsəd ölkədə qurulacaq heç bir keçid hökumətinə daxil olmamalıdır.

Misirli diplomat yaranmış vəziyyətin hərbi yolla həllinə qarşı olduqlarını bəyan edərək, deyib ki, bu yalnız Suriyaya deyil, bütünlükdə bölgəyə ziyan vurar.

Onun qənaətincə, Suriyada mərkəzləşmiş hakimiyyət saxlamaq daha yaxşı olardı, əks halda o, yeni Somaliyə çevriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 952

Oxşar yazılar