«Bəşar Əsəd hakimiyyətdə olduğu halda Suriyadakı böhranı siyasi yolla həlli mümkünsüzdür».
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, Fransanın prezidenti Fransua Olland bu qənaətdədir.
Səudiyyə Ərəbistanına ikigünlük səfər ərəfəsində o, ərəb dilində çıxan «əl-Həyat» qəzetinə müsahibəsində krallıq rəhbərliyi ilə Suriya, Livan və Misirdəki vəziyyəti müzakirə edəcəyini deyib.
«Bəşar Əsəd ekstremistlərə qarşı mübarizə aparmır. O, onlardan mülayim müxalifətə qarşı təzyiq vasitəsi kimi istifadə edir»-deyə, Olland vurğulayıb.
İranla bağlı məsələdən danışan Fransa prezidenti deyib: «Suriya böhranında Tehran konstruktiv rol oynamalı, eləcə də 2012-ci ildə Cenevrədə Suriya ilə bağlı əldə edilmiş razılaşma əsasında hərəkət etməlidir».