«Əsas istəyimiz - Rusiya imperiya ambisiyalarından... əl çəksin»
21 yanvar 2013 21:00 (UTC +04:00)

«Əsas istəyimiz - Rusiya imperiya ambisiyalarından... əl çəksin»

Yanvarın 21-də  AŞPA-nın qış sessiyasının ilk günündə Assambleyada Gürcüstan prezidenti Mixail Saakaşvili çıxış edib.

Lent.az-ın APA-ya istinadən məlumatına görə,Gürcüstan prezidenti ölkədəki son seçkilərdən sonrakı siyasi böhrana baxmayaraq, yenə Avropa dəyərlərinə sadiq qaldıqlarını, Qərb yönümlü siyasət aparacaqlarını və NATO-ya üzv olmaq niyyətini açıqlayıb. Bununla belə Gürcüstan dövlət başçısı Rusiya ilə çox yaxşı qonşuluq və dostluq siyasətinin də tərəfdarı olduğunu qeyd edib. Gürcüstandakı vəziyyəti şərh edən Mixail Saakaşvilli ölkəsinin qonşuları Azərbaycan və Ermənistanla da hər zamakı kimi gözəl münasibətlərinin olduğunu bildirib.

O, yenidən Gürcüstanın baş nazirini tənqid atəşinə tutub: “Baş nazirimizin Gürcüstanın bundan sonra da qərbyönümlü, avroanlantik məkana inteqrasiya siyasətini aparacağını ifadə etməsi müsbət haldır və mən buna çox sevindim. Amma belə bəyanatlar vermək kifayət deyil, buna uyğun hərəkət də etmək lazımdır. Cənab İvanişvilli Ermənistana etdiyi səfər zamanı Gürcüstanın da sadəcə Ermənistan kimi NATO ilə tərəfdaş qismində əməkdaşlıq etməsini daha uyğun siyasət olduğunu bildirmişdi.

Biz NATO ilə sadəcə tərəfdaş olmaq istəmirik, biz bu təşkilatı bir ailə kimi görürük və bu təşkilata tamhüquqlu üzv olmaq istəyirik. Bu bizim xarici siyasətimizin əsas məqsədidir. Bax belə məsələlərdə bizim aramızda fikir ayrılıqları var. Amma digər tərəfdən müsbət haldır ki, bizim yeni hökumətimiz əvvəllər Rusiya ilə aramızdakı ritorikanı dayandıra bilib. Bütün bunlara baxmayaraq, Gürcüstanın gələcəyi üçün heç bir parçalanma görmürəm və çox optimistəm. Biz gürcü xalqı ilə birlikdə hamımız bu vəziyyətdən çıxış yolu tapacağıq”.

 

Rusiyalı deputatların suallarına cavab verən Gürcüstan dövlət başçısı bir daha Rusiya xalqı ilə heç bir problemin olmadığını bildirib: “Bizim əsas istəyimiz odur ki, Rusiya qonşularına qarşı öz imperiya ambisiyalarından və ərazi iddialarından əl çəksin. Bu işğal problemin xaricində bizim Rusiya ilə heç bir problemimiz yoxdur. Mən o vaxt Putinə də demişdim ki, mən Gürcüstanda rus dilində danışa bilən son prezident olacağam. Yəni Gürcüstanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Rusiya nə qədər çalışsa da hansısa gürcü siyasətçisini ələ alsın, yenə də gürcü xalqı öz torpaqlarını, öz ərazilərini heç kimə verməyəcək. Bunu artıq Rusiya siyasətçiləri birdəfəlik başa düşməlidirlər. Rusiya xalqına isə mənim böyük hörmətim var və heç vaxt qonşularımızla düşmənçilik etməyin tərəfdarı olmamışam”

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 904
avatar

Oxşar yazılar