«Əl-Cəzirə» jurnalistlərinin Misirdə məhkəməsi başlayıb
30 yanvar 2014 02:47 (UTC +04:00)

«Əl-Cəzirə» jurnalistlərinin Misirdə məhkəməsi başlayıb

Misir hakimiyyəti Qətərin «Əl-Cəzirə» telekanalının 20 jurnalistinə qarşı məhkəmə prosesinə başlayıb.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, onlardan yalnız 8 həbsdədir. Onlar «qrup halında terrorçuluqda iştirakda, terrorçularla əlaqədə və mili təhlükəsizliyi təhdid edən yalan məlumat yaymaqda» ittiham olunurlar.

 

Mühakimə edilənlərin biri Niderland, ikisi britaniyalı və avstraliyalıdır.

 

Telekanalın redaksiyasından bildirilib ki, hazırda Misirdə onların 20 jurnalisti saxlanılıb.

 

 

Bir müddət öncə dünyanın aparıcı agentlikləri və yayım qurumları Misirdəki hakimiyyəti KİV təmsilçilərini azad etməyə çağırmışdı. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 402
avatar

Oxşar yazılar