Fevralın 20-də «əl-Cəzirə» telekanalının 20 jurnalisti Misir məhkəməsi qarşısında cavab verəcək.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, Misir məhkəməsi onları «terrorçuluğa yardımda» və «yalan informasiya yayaraq, ölkənin təhlükəsizliyinə, nüfuzuna zərbə vurmaq» -da ittiham edir.
Bu ilin yanvarında ölkə prokurorluğu onlara qarşı ittihamnamə oxuyub. Şübhəli bilinən jurnalistlər arasında 4 əcnəbi var – avstraliyalı, Niderland krallığının təbəəsi, 2 britaniyalı.
«Əl-Cəzirə» isə öz növbəsində bildirib ki, şübhəli kimi mühakimə olunanlardan yalnız 9-u TV-nin əməkdaşıdır.