Misir prokurorluğu «əl-Cəzirə» telekanalının üç jurnalistini yayım üçün avadanlıqdan qanunsuz istifadə etməkdə ittiham edib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, prokurorluq bildirib ki, həmin jurnalistlərin fəaliyyət göstərməsi üçün uyğun icazəsi olmayıb və onlar «Misirin Milli təhlükəsizliyini sarsıtmaq» istəyiblər.
Hüquq-mühafizə orqanları istifadə etdikləri avadanlıq vasitəsi ilə «yalan xəbərlər və şayiələr» yayıb, bu isə ölkənin nüfuzuna onun maliyyə vəziyyətinə zərbə vurub.
Mənbə xatırladıb ki, telekanalın üç jurnalisti ötən ilin dekabrın həbs olunub. Onların sərbəst buraxılması üçün 40 –dan çox beynəlxalq jurnalistlər və nəşrlərin redaktorları Misir hakimiyyətinə müraciət edib.
«Əl-Cəzirə» isə bildirib ki, müxbirlər sadəcə olaraq, öz peşə borclarını yerinə yetirib və «Misirdəki vəziyyətə müdaxilə etmək niyyətləri olmayıb».