«Dünyanın sonu» ərəfəsində yüzlərə insan Argentinanın cənub-qərbində Bariloçe şəhərindəki super-marketləri kütləvi halda qarət edib.
Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, sol yönlü qüvvələrin radikal ovqatlı təmsilçiləri şəhərinə mərkəzində yolları kəsərək, avtomobil təkərləri yandırıblar.
Polisin məlumatına əsasən, Bariloçennin iki super-marketindən demək olar ki, ev məişət – elektrotexnika avadanlığı, paltar və çoxlu sayda başqa mallar aparıblar.
Yerli polis qarətçi kütlə ilə bacar bilmədiyindən prezident Kristina Fernandes de Kirşner şəhərdə sakitlik yaratmaq üçün federal qüvvələri göndərib.
Paytaxt Buenos–Ayresi də solçular tərəfindən iflic vəziyyətinə salınıb.
Müşahidəçilərin sözlərinə görə, «dünyanın sonu» ilə bu pozuculuğun heç bir əlaqəsi yoxdur. Solçular 2001-ci ilin dekabrın Ferenando de la Ruanın prezidentliyi dövründə 30-a yaxın insanın qətlə yetirildiyi faciəli günü yad edirlər.