«Dünyanı sonunu» gözləməyib intihar etdi
20 dekabr 2012 22:43 (UTC +04:00)

«Dünyanı sonunu» gözləməyib intihar etdi

0

 

Rusiyanın Seqiyev Posad şəhərinin sakini 73 yaşlı Qalina Şiryayeva dekabrın 20-də «Qızıl Ordu» prospektində yaşadığı binanın 13-cü mərtəbəsindən özünü atıb.

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, bu təqaüdçü qadını tanıyanlar deyib ki, onun intiharına səbəb «dünyanın sonu haqqında gəzən söhbətlər»dir.

 

Polis olay yerindən bir qeyd də tapıb. Orada belə yazılıb:«29-cu proqramdan canımı qurtarmalıyam. Daş da daş kimidir. Mənim yox olmağımı kimsə hiss etməyəcək».

 

Hələlik bu qeydin mənası açıqlanmayıb. Ancaq son zamanlar Qalina Şiryayevanın bütün qonşulara verdiyi ilk sual belə olub:«Siz dünyanın sonuna hazırlaşırsınızmı?»

 

Nə onun oğlu, nə də qonşuları onun sualına müsbət cavab verməyəndə təqaüdçü qadın inciyib, küsərmiş. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2932

Oxşar yazılar