25 yaşlı fransız motoskeltçi Toma Burjenin «Dakar-2013» rallisində idarə etdiyi motosklet qarşı tərəfdən gələn polis maşını ilə toqquşub. Lent.az-ın «
Təşkilatçıların bəyanatında bildirilib ki, Çili ərazisində keçirilən yarışda baş vermiş olayın səbəbi hələ ki aydın deyil.
Burjen Andın Çili tərəfindən Argentinaya doğur rallinin 7-ci mərhələsində iştirak etmək üçün hərəkət edirmiş.
«Dakar» da fransız debüt edərək, 68-ci yeri tutub.
Mənbənin bildirdiyinə əsasən, «Dakar»ı müşayiət edən avtomobil də Peruda taksi ilə toqquşub. Nəticədə 2 nəfər həlak olub, daha 7 nəfər xəstəxanaya yerləşdirilib.
Bu ilki yarışma Peru, Çili və Argentina ərazisində keçirilir. «Paris-Dakar» ralli-marafonu son 5 ildə cənubi Amerikada keçirilir.