«Bosna qəssabı»nın silahdaşına ömürlük iş
13 dekabr 2012 22:39 (UTC +04:00)

«Bosna qəssabı»nın silahdaşına ömürlük iş

0

Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq məhkəmə Haaqada sabiq general, serb Zdravko Tolimiri soyıqırımda müqəssir bilib.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, 1995-ci ildə Bosniya –Hersoqovinanın Srebrenits rayonunda 7 mindən çox musəlman kişi və oğlanın qətlində iştirak edib.

Hakimlərin sözlərinə əsasən, Srebrnitsada serb hərbçiləri ikinci dünya savaşından sonra görünməmiş  vəhşiliklər törədib.

Özü-özünü müdafiə edən Tolimir bu rayonda baş verənlərə münasibət bildirərkən, deyib ki, Srebrenitsa «terrorçulara qarşı xüsusi əməliyyat» keçiriblər.

O, keçmiş general, «bosna qəssabı» kimi ad çıxarmış Ratko Mladiçin silahdaşı olub. Haaqada onun da  məhkəməsi prosesi gedir.

Tolimir ömürlük azadlıqdan məhrum edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 610

Oxşar yazılar