Rza Zərrabın patronu xaricə getmək istəyəndə tutuldu
06 yanvar 2014 22:21 (UTC +04:00)

Rza Zərrabın patronu xaricə getmək istəyəndə tutuldu

Türkiyədəki «böyük korrupsiya əməliyyatı» dalğasında İranda həbs edilən iranlı iş adamı, Rza Zərrabın ortağı Babək Zəncanini dövlətə neft satışından əldə etdiyi gəlirlə bağlı borcu olduğu iddia edilir.

 

Lent.az-ın «doğan» xəbər agentliyinə istinadən məlumatına görə, İran məhkəmə sisteminin sözçüsü Qulamhüseyn Ejei mətbuat konfransında bildirib ki, Zəncaninin satdığı neft qarşılığında ölkənin qurumlarına 2 milyard avrodan çox borcu var: «O, bu borcu ödəməyərək, xarici qaçmaq istədiyi ehtimalına əsasən tutulub».

 

İran televiziyasının saytında yayımlanan həmin xəbərə görə, Ejei deyib: «Bu adam dövlət qurumlarının hesabına 2,5 milyard avro köçürdüyünü söyləyir. Ancaq həmin qurumlar bu ödəmənin edilmədiyini bildirir. Təqdim olunan sənədlərin doğruluğu araşdırılır. Həbsdə saxlanılan şübhəliyə xaricdə pulu varsa, ehtiyac olarsa, gətirməsi üçün şərait yaradılacaq».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3659
avatar

Oxşar yazılar