Ukrayna prezidenti Viktor Yanukoviç «Avromaydan»da həbs olunan dinc etiraz aksiyası iştirakçılarının sərbəst buraxılması haqqında qanunu imzalayıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, prezident administrasiyasının başçısı Sergey Levoçkin bildirib ki, noyabrın 21-dən Kiyevdə mitinqlər başlayandan bəri meydanda tutulanlara qarşı qaldırılan cinayət işlərinin ləğvi bu sənəddə öz əksini tapıb.
Bundan başqa mitinq iştirakçılarına qarşı yeni cinayət işlərinin açılması da ləğv olunub.