Rusiya Dövlət Duması KİV-ə və reklam şirkətlərinə spirtli içkilərin qəbulu təsvirinin «rus mədəniyyətinin tərkib hissəsi» olması təbliğatını qadağan edən qanun layihəsini müzakirəyə çıxarıb.
Lent.az-ın «lenta.ru»-ya istinadən məlumatına görə, qanun layihəsinin təşəbbüskarlarının qənaətincə, sağlam həyat tərzinin mühakiməsinə, eləcə də alkoqollu içkilərin xoş ovqat yaratması ideyasının cəmiyyətdə təbliğinə son qoyulmalıdır.
Ölkənin baş narkoloqu Yevgeniya Bryun bildirib ki, spirtli içkilərə qarşı təbliğat artıq öz müsbət nəticəsini verməkdədir. Onun sözlərinə əsasən, 2013-cü ildə alkoqollu içkilərin istifadə 2012-ci illə müqayisədə 13 faiz azalıb. 2010-cu ildə ölkə üzrə adambaşına 18 litr alkoqollu içki düşübsə, 2013-cü ildə bu rəqəm 13,5 litr təşkil edib.