Ukrayna Təhlükəsizlik Xidməti İdarəsinin keçmiş sədri İqor Smeşko vətəndaş savaşının başlayacağı ehtimalı ilə bağlı açıqlama verib.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, o, deyib ki, Təhlükəsizlik Xidməti İdarəsinin «antiterror əməliyyata başlaması» münaqişənin vətəndaş savaşına keçməsinə səbəb ola bilər.
«İctimaiyyətin sərbəst hərəkətini yalnız fövqəladə vəziyyət rejimi tətbiq edildikdə məhdudlaşdırmaq olar»-deyə, o, vurğulayıb.
Onun sözlərinə görə, Kiyevdə baş verənlər dövlət qurumlarına etimadı məhv, mili təhlükəsizliyi təhdid edir.
Smeşkonun qənaətincə, hakimiyyət mitinqçilərə qarşı həddindən artıq güc tətbiq edib: «Maydanın istənilən şəkildə təmizləməsinə cəhd, prosesin dönməzliyi üçün son addım olar».
Xatırladaq k, bir müddət öncə təhlükəsizlik Xidmət İdarəsinin başçısı Aleksandr Yakimenko «ölkədəki qarşıdurmanın kəskinləşməsi ilə əlaqədar antiterror əməliyyatın başlandığını» elan edib.