Anqola prezidentinin qızı İzabel duş Santuş ilk milyader afrikalı qadındır.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, məşhur «Forbes» jurnalı bu haqda bildirib.
Məlumata əsasən, 1979-cu ildən ölkəyə başçılıq edən prezident Joze Eduard duş Santuşun qızı Portuqaliya və Anqoladakı iri şirkətlərin paketinin sahibidir.
Portuqaliyadakı «BPI» bankı aksiyalarının 19,5 faizi (160 milyon dollar), bu ölkədəki kabel televiziyasının operatoru «ZON Multimedia» aksiyalarının 28,8 faizi (385 milyon dollar) İzabel duş Santuşa məxsusdur.
O, 1997-ci ildə Londondakı Kinqs-kolleci bitirib. 24 yaşında Anqola paytaxtı Luandada «Miami Beach» restoranını açıb.
Xatırladaq ki, bu ölkədə 1975 – 2002-ci illərdə kiçik fasilələrlə vətəndaş savaşı olub.