«ABŞ nüvə ehtiyatını birtərəfli ixtisar etməyəcək»
31 yanvar 2013 23:55 (UTC +04:00)

«ABŞ nüvə ehtiyatını birtərəfli ixtisar etməyəcək»

ABŞ nüvə silahı ehtiyatını birtərəfli qaydada ixtisar etmək niyyətində deyil. Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, Amerika müdafiə naziri vəzifəsinə namizəd Çak Heygel senatın silahlı qüvvələr üzrə komitəsindəki dinləmələr zamanı belə deyib.

 

«Birtərəfli tərksilah heç vaxt ola bilməz.Heç vaxt.Çağdaş dünyada birtərəfli qaydada tam tərksilah mümkün deyil. Bu Barak Obama adminstrasiyasının mövqeyi ilə üst-üstə düşür...Bununla belə biz başqa dövlətlərlə nüvə silahlarının ixtisarı məsələsini müzakirə etməyə hazırıq» - deyə, o, bildirib.

 

O, tərksilahla bağlı bütün müqavilələrin yerinə yetiriləcəyinə də senatorları əmin edib. Ç.Heygelin sözlərinə görə, əgər ABŞ adminstrasiyası qərar qəbul edərsə, onda Penatqon silah ehtiyatını məntiqi bir səviyyəyədək ixtisar etməyə hazırdır.

 

O, qeyd edib ki, müdafiə naziri olarsa, o zaman nüvə gücünün döyüş qabiliyyətinin, bu sahədə infrakstrukturun güclənməsinə və maliyyə təminatının dəstəklənməsinə üstünlük verəcək.

 

Heygel «Starteji hücum silahlarının» (SHS-3) ixtisarı haqqında Rusiya ilə əldə edilmiş razılaşmaya əməl edəcəklərini də vurğulayıb. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 534
avatar

Oxşar yazılar