NATO-nun baş katibi Anders Foq Rasmussen Avropa sammitində bildirib ki, Avropa Ümümi Daxili Məhsulun müdafiə xərclərinə ödəmələrini 2 faizədək artırmazsa, ABŞ alyansa marağını itirə bilər.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, baş katibi deyib: «Əgər biz avropalılar təhlükəsizlik məsələlərini ciddiyə almasaq, onda amerikalı «nədən bunu biz etməliyik» sualını verəcək. Bu isə Avropanın təhlükəsizlik sisteminə ABŞ-ın qatılması marağının azalması ilə nəticələnər».
O, əlavə edib ki, belə bir nəticə heç kimə sərfəli deyil. A.Rasmussen mövcud böhran şəraitində buna əməl edilməsinin çətinliyini başa düşdüyünü vurğulayaraq, bir çox üzv-dövlətlərin hərbi ödəmələri artırmağa hazır olduğunu söyləyib.