Avropa Birliyinin daxili işlə komissarı Sesiliya Malstrem Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib ki, birlik dövlətlərinin min 200-dən çox vətəndaşı Suriya, Sudan və Somalidə döyüşmək üçün ələ alınıblar.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, o, həmin gənclərin ələ alındığı müddəti dəqiqləşdirməyib: «Avropa Birliyinin gənc vətəndaşları ekstremist təşkilatlar tərəfindən ələ alınır və bu artmaqdadır. Rəsmi statistikaya əsasən, Suriya, Somali və Sudanda döyüşmək üçün 1200-dən çox gənc öz evini, şəhərini tərk edib. Təəssüf olsun ki, biz bu rəqəmin daha çox olduğunu bilirik».