Türkiyədə korrupsiya və rüşvətxorluğa qarşı əməliyyat zamanı tutulanlarla bağlı ilginc iddia ortaya çıxıb. Lent.az-ın “Zaman” qəzetinə istinadən verdiyi məlumata görə, saxlanıldıqdan sonra gecəni müvəqqəti təcridxanada keçirən şübhəlilər təhlükəsizlik məmurlarının otaqlarına köçürülüblər.
Bu, əməliyyatı həyata keçirmiş şöbə müdirlərinin işdən çıxarılmalarından sonra gerçəkləşib. Həmin şəxslər daxili işlər naziri Muammer Gülərin oğlu B. Gülər, iqtisadiyyat naziri Zafer Çağlayanın oğlu S. K. Çağlayan, ekologiya və şəhərsalma naziri Ərdoğan Bayrakdarın oğlu A. O. Bayrakdar və Fatih Bələdiyyəsinin sədri Mustafa Dəmirdir.
Azərbaycanlı iş adamı, türkiyəli müğənni Ebru Gündeşin əri Rza Zərraba isə təcridxanada dieta yeməkləri verilib. Zərraba mədəsindən şikayətləndiyi üçün belə qulluq göstərilib.