
“Uran istehsalını 4 dəfə artırmışıq” - İran Atom Təşkilatının sözçüsü
“Uran istehsalını 4 dəfə artırmışıq və iyul ayının 1-də istehsal edəcəyimiz uranın miqdarı 300 kiloqramı keçəcək”.
APA-nın Tehran bürosunun məlumatına görə, bu sözləri İran Atom Təşkilatının sözçüsü Behruz Kəmalvəndi keçirdiyi mətbuat konfransında deyib.
B.Kəmalvəndi uranın zənginləşdirilməsi sürətini daha da tezləşdirəcəklərini qeyd edib: “Ağır su səhiyyə, müalicə və xəstəliklərin təyin edilməsi sahəsində geniş istifadə olunur. Bu səbəbdən bu sahədə də yeni nailiyyətlərimiz olub. Mümkündür ki, qarşıdan gələn illərdə ölkə daxilində istifadə edəcəyimiz ağır su həcmini artıraq”.
B.Kəmalvəndi çıxışında Avropa ölkələrinə də səslənib: “Avropa ölkələri öhdəliklərini yerinə yetirməkdə aciz olduqlarını bildiriblər. Onlar üçün əgər Hərtərəfli Birgə Fəaliyyət Planının qorunması önəmlidirsə, daha çox səy göstərməlidirlər. İran İslam Respublikası bir il səbir edib və bundan artıq səbir etməyəcək. İranın atacağı addımlar Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsindədir”.
O qeyd edib ki, İran Ərak reaktorunun öncəki layihəsini yenidən bərpa etməyi planlaşdırır. İranın 3.67 faizdən artıq uran zənginləşdirmə imkanının olduğunu deyən B.Kəmalvəndi bildirib ki, bu faiz dərəcəsi 3.68 və ya ondan yuxarı da ola bilər: “Bu, ölkə rəhbərliyinin qərarından asılıdır”.
İranın radiodərman istehsalçısı olan şirkətinin ABŞ tərəfindən sanksiyaya məruz qaldığını deyən B.Kəmalvəndi ABŞ-ın bu addımını terror adlandırıb: “Sevindirici haldır ki, problem yaranmadı, çünki bizim istehsal üçün lazımi potensialımız var. Nüvə enerjisi sənayesi üzrə bütün sahələrdə çox yaxşı nailiyyətlərimiz var və olacaq. Hamımız ali liderin fərmanını gözləyirik. Bu sənaye yatmayacaq”.
Oxşar yazılar

Rusiyada Şahin Şıxlinskinin oğlu saxlanıldı-YENİLƏNİB
15 iyul 2025 , 23:09
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadıldı
15 iyul 2025 , 22:31
Ox uşağın beynini deşdi, sağ qaldı
15 iyul 2025 , 17:44
İki uşağı öldürən sehrbaz tutuldu - 11-ni də öldürəcəkmiş
15 iyul 2025 , 13:20
Silahlılar kəndə basqın edib 300-dən çox adamı öldürdülər
15 iyul 2025 , 12:36
115 yaşlı marafonçu faciəli şəkildə öldü
15 iyul 2025 , 12:07
Doğuşdan 17 saat əvvəl hamilə olduğunu öyrəndi - Özü DANIŞDI
15 iyul 2025 , 11:13