ABŞ yeni silah yaradıb. Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, Pentaqona bağlı DARPA (Müasir Silah Araşdırmaları Layihələri Agentliyi) keçən il yaradılması başa çatan lazer toplarını 2014-cü ildə qırıcı təyyarələrdə quraşdırılacağını açıqlayıb.
Qırıcı təyyarələrdə quraşdırılacaq lazer sistemi 150 kV gücündədir, qurudan havaya atılan raketləri yüksək enerjili lazer şüaları ilə məhv edəcək. Beləliklə, yaxın gələcəkdə “Ulduz Savaşı” filmində gördüyümüz savaş gəmiləri bir növ gerçəyə çevriləcək.