“Tu-204” – də  4 nəfər həlak olub, 4 nəfər yaralanıb
29 dekabr 2012 23:41 (UTC +04:00)

“Tu-204” – də  4 nəfər həlak olub, 4 nəfər yaralanıb

Rusiya paytaxtında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində dörd nəfər həlak olub.

 

APA-nın Moskva müxbirinin verdiyi xəbərinə görə, bu barədə Rusiyanın fövqəladə hallar naziri Vladimir Puçkov bildirib.

 

Onun sözlərinə görə, qəza zamanı təyyarədə ancaq 8 nəfər ekipaj üzv olub: “Onlardan 4-ü ölüb, 4-ü isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib”.  

 

Qeyd edək ki, bu gün axşam saatlarında “Vnukovo” hava limanı yaxınlığında təyyarə qəzası baş verib. Çexiyadan Moskvaya uçan “Red Wings” şirkətinə məxsus “Tu-204” təyyarəsi uçuş-enmə zolağına sərt eniş edib. Nəticədə 3 hissəyə parçalanan təyyarədə yanğın başlayıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 635

Oxşar yazılar