“Qanuni oğru” güllələndi
12 yanvar 2014 13:06 (UTC +04:00)

“Qanuni oğru” güllələndi

Moskva ətrafı rayonlardan birində kriminal aləmdə nüfuzlu avtoritetlərdən sayılan "qanuni oğru" güllələnib.

 

APA TV-nin məlumatına görə, naməlum şəxslərin hədəfi olan "qanuni oğru"nun kimliyi də müəyyənləşib. Krasnoqorskda güllələnən avtoritet kriminal aləmdə Dato Potiyski ləqəbi ilə tanınan Gürcüstan vətəndaşı Dato Melkadzedir. O, avtodayanacaqda silahlı hücuma məruz qalıb.

 

Hadisəni törədənlər ona həyat yoldaşı və uşaqları ilə alış-verişdən gəldiyi zaman bir neçə dəfə atəş açıblar. Onu xəstəxanaya çatdırmaq mümkün olub. Həkimlər Melkadzenin vəziyyətinin ağır olduğunu bildirirlər. O, çiynindən və qarnından yaralanıb. "Qanuni oğru" Dato Potiyski uzun illərdir kriminal aləmin üzvləri tərəfindən axtarılırdı. O, başqa bir avtoritet Kvejo ləqəbli Avtandil Çixladzenin və onun həyat yoldaşının qətlində günahlandırılır. Mekladze bu illər ərzində gizlənə bilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4503
avatar

Oxşar yazılar