“iPhone”a  abidə ucaldılıb
09 yanvar 2013 17:46 (UTC +04:00)

“iPhone”a abidə ucaldılıb

Bu gün Sankt-Peterburqda “Apple” şirkətinin banisi Stiv Cobsun şərəfinə ucaldılan abidənin açılışı olub.

 

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırlanmasında müasir texnologiyaların istifadə olunduğu “iPhone 4” smartfon modeli şəklində olan şüşə və dəmirdən ibarət interaktiv heykəltəraşlıq əsəri Sankt-Peterburq Milli İnformasiya Texnologiyaları Tədqiqatı Universitetinin texnoloji parkının ərazisində yerləşir.

 

 

Hündürlüyü 188 santimetr təşkil edən heykəlin müəllifi Qleb Tarasovdur. Ön paneldə yerləşən sensorlu interaktiv ekranda Stiv Cobsun tərcümeyi-halı, onun haqqında fotoşəkillər və videolar göstərilir. Heykəlin arxa tərəfində yer alan QR-kodu istifadəçilər mobil qurğular vasitəsilə oxumaqla “Apple”-ın keçmiş rəhbərinin həyatına həsr edilən sayta daxil olmaq imkanı əldə edirlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 717
avatar

Oxşar yazılar