“Dəmir Ledi” əməliyyat olundu
22 dekabr 2012 19:28 (UTC +04:00)

“Dəmir Ledi” əməliyyat olundu

0

Böyük Britaniyanın sabiq baş naziri Marqaret Tetçer cərrahi əməliyyat keçirib. Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, həkimlər 87 yaşlı sabiq baş nazirin sidik kisəsindəki şişi götürüblər. Hazırda Marqaret Tetçer reabilitasiya kursu keçir və səhhəti yaxşılaşmaqdadır. Bununla belə, o, Yeni il bayramını da həkimlərin nəzarətində keçirməli olacaq.

 

Qeyd edək ki, ağrıdan şikayətlənən  Marqaret Tetçer dekabrın 20-də xəstəxanaya yerləşdirilib. Son illər onun sağlamlığında ciddi problemlər müşahidə olunmaqdadır.

 

Xatırladaq ki, “Dəmir Ledi” kimi tanınan Marqaret Tetçer 3 dəfə olmaqla, 1979-1990-cı illərdə Böyük Britaniyada mühafizəkar hökumətə başçılıq edib. O, Böyük Britaniyada baş nazir postunu tutmuş ilk  və hələ ki, yeganə qadındır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 977

Oxşar yazılar