Rusiyanın paytaxtı Moskvada hüquq-mühafizə orqanlarının apardıqları əməliyyat nəticəsində restoranlardan birində 2 “qanuni oğru” tutulub. Lent.az-ın məlumatına görə, bunlar mərhum “Ded Xasan” ləqəbli Aslan Usoyanın “Tumur Sverdlovski” ləqəbli 56 yaşlı bacısı oğlu Temuri Mirzoyev və “Racik Nijnevartovski” ləqəbli 43 yaşlı kirvəsi Racidin Mihraliyevdir.
Saxlanılarkən Mirzoyevin halı pisləşib və təcili yardım çağırmaq lazım gəlib. Lakin xəstədə həyəcan doğuran simptom tapılmadığından, o, xəstəxanaya yerləşdirilməyib. Həkimlər Mirzoyevi hüquq-mühafizə orqanlarına təhvil veriblər. Polis bölməsində sənədləşmə işləri aparıldıqdan sonra o, sərbəst buraxılıb. Mihraliyev isə sağlıq durumundan şikayətlənməsə də, heç bir qanunazidd hərəkətinin olmadığı müəyyənləşib.
Qeyd edək ki, Racik Nijnevartovski ötən ilin sentyabrında məsuliyyətə cəlb olunub.