Türkiyədə ötən il dekabrın 17-də başlayan “Böyük rüşvət işi”nin ilk prokuroru Zəkəriyyə Öz prokurorluq sistemindəki işini dayandırıb.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Z. Öz məzuniyyət götürüb. Xəbərdə bildirilir ki, İstanbul prokurorunun müavini postundan Bakırköy prokuroru vəzifəsinə təyin edilərək cəzalandırılan Z.Öz bu qərara etiraz olaraq məzuniyyətə çıxıb.
Qeyd edək ki,aralarında Ərdoğan hökumətinin üzvlərinin övladlarının da olduğu səs-küylü həbslərlə yadda qalan “Böyük rüşvət işi” Z.Özdan alınıb başqa prokurora verilmişdi. Daha sonra Z.Özün iş adamı Əli Ağaoğlunun pulu ilə Dubayda istirahət etdiyi faktı ortaya çıxdığı üçün onu İstanbul prokurorunun müavini postundan azad etmişdilər.