Türkiyədə bu həftə başlayan və aralarında nazir övladlarının da olduğu “Böyük rüşvət” əməliyyatı çərçivəsində həbs edilən tanınmış iş adamı Əli Ağaoğlu sərbəst buraxılıb.
Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Türkiyədə bir sıra qurumlara rüşvət verərək, qanunsuz tikinti ilə məşğul olduğu ittihamı ilə həbs edilən biznesmen yaxın saatlarda buraxılacaq.
Məlumata görə, onu saxlanıldığı polis idarəsinin qarşısında 50-dən çox yaxını gözləyir.