Gürcüstan Daxili İşlər Naziri İrakli Qaribaşvili ölkədə baş verən cinayətlərin 35 faizi azərbaycanlıların sıx yaşadığı bölgələrdə baş verdiyini bildirib.
Nazir dekabrın18-də Gürcüstanda vəziyyətin stabilləşdiyini bildirib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, “Bu gün bu stabilliyi saxlamağa hüquq -mühafizə orqanları ciddi nəzarət edirlər. Mən Kvemo-Kartli,Borçalı bölgəsində baş verən hadisələrə də münasibət bildirmək istəyirəm. Bu rayon çoxmillətliliyi ilə fərqlənir. Bu regionda ümumilikdə götürsək, azərbaycanlılar əhalinin 42 faizini təşkil edir.
Mrneuli, Bolnisi, Dmanisi və Qardabanidə isə əhalinin 64 faizini azərbaycanlılar təşkil edir. Hakimiyyətə yeni qüvvələr gələndə krimogen vəziyyət çox gərgin idi. Sizə düzgün və dəqiq statistik rəqəmlər deyə bilərəm. Ümumi Gürcüstan üzrə 84 cinayət hadisəsi baş verib. Bu cinayətin 35 faizi azərbaycanlılarla bağlı olub. Digər cinayətlər isə gürcü və başqa millətlərin yaşadığı bölgələrdə baş verib. Bir neçə şəxs saxlanılıb, 5-6 cinayət hadisəsi açılıb. İndi bizim əməkdaşlar yerlərdə azərbaycanlı əhalisi ilə effektli işlər aparırlar. Biz Marneulidə də işə yeni kadrlar qəbul etmişik. Marneuli rayon polis rəisinin müavini Ramin İsmayılov adlı azərbaycanlı təyin edilib. Ümumilikdə götürsək, polis sistemində 67 azərbaycanlı çalışır. Marneulidə və digər rayonlarda vəziyyət xeyli stabilləşib. Cinayətkarlıq aşağı düşüb. Biz nəzarəti gücləndiririk. ”