<b>Ermənistanda baş verənlər bu ölkənin daxili işidir - <span style="color:red;">Kreml </b>
23 aprel 2018 16:06 (UTC +04:00)

Ermənistanda baş verənlər bu ölkənin daxili işidir - Kreml

0
Kreml Ermənistanda baş verən hadisələrə münasibət bildirib.
 
 
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanda baş verən hadisələri bu ölkənin daxili işi adlandırıb.
 
 
 
"Bu, istisnasız olaraq Ermənistanın daxili işidir", - deyə Kremlin sözçüsü Rusiyanın Ermənistanda baş verən etirazların regiondakı vəziyyətə təhlükə kimi görüb-görməməsi ilə bağlı suala cavabında bildirib. 
 
 
Bununla yanaşı D. Peskov Rusiyanın bu ölkədə baş verənləri diqqətlə izlədiyini qeyd edib: "Ermənistan bizim yaxın müttəfiqimizdir, Avrasiya İqtisadi Birliyinin iştirakçısıdır. Ona görə də, əlbəttə ki, bizim üçün bu ölkə hədsiz vacibdir. Biz orada baş verənləri diqqətlə müşahidə edirik".
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 576

Oxşar yazılar