Son günlər Türkiyədə «korrupsiya və rüşvət əməliyyatı» ilə bağlı baş verənlər dünyada, o cümlədən Avropada da diqqətlə izlənilir.
Lent.az-ın «habertürk»-ə istinadən məlumatına görə, Almaniyanın xarici işlər naziri Frank – Valter Steinmeirer «Bild am Sonntag» qəzetinə müsahibəsində deyib: «Orta Şərq davamlı böhranlar və qarşıdurmalarla yada xatırlanır. Həmin ölkələr Avropadan ilham alaraq, demokratiyanı gücləndirməlidirlər. Türkiyədəki korrupsiya iddialarını və olanları yaxından izləyirik. Bu olaylar və ona bağlı hadisələr tərəfsiz, şəffaf bir şəkildə dəyərləndirilərək, yekunlaşdırılmalıdır».